“Səbail”in Avropa Liqasındakı ilk oyununun vaxtı bilindi
25.06.2019 , 10:01

“Səbail”in Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacağı Rumıniyanın “Universitatya Krayova” klubu ilə ilk oyununun başlama saatı açıqlanıb.
Korner.az-ın məlumatına görə, iyulun 11-də Bakıdakı “Bayıl Arena”da keçiriləcək matç saat 20:00-da başlayacaq.
Komandalar arasında cavab oyunu isə 1 həftə sonra səfərdə baş tutacaq.
