“Səbail”dən yeni transfer – RƏSMİ
14.11.2020 , 22:55

“Səbail” heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, Bakı təmsilçisi iranlı yarımmüdafiəçi Bəxtiyar Rəhmaninin transferini həyata keçirib. Məlumatı klubun mətbuat xidməti yayıb.
29 yaşlı oyunçu ilə bu mövsümün sonuna kimi müqavilə imzalanıb. O, yeni klubunda “8” nömrəli formanı geyinəcək.
Bəxtiyar Rəhmani 2013 və 2014-cü ildə İran yığmasının formasını geyinib. Təbrizin “Traktor” klubunun da şərəfini qorumuş futbolçu son olaraq 2019/20 mövsümündə “Sanat Naft” klubunun uğurları üçün çalışıb.
