“Səbail”dən yeni transfer – Rəsmi
09.07.2024 , 18:48

“Səbail” Qorka Laruççanın transferini açıqlayıb.
Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalayıb.
31 yaşlı futbolçu “Səbail”də 8 nömrəli formada çıxış edəcək.
Laruçça son olaraq, Bolqarıstanın “Etır”da kluunda çıxış edib.
