“Səbail”dən yeni transfer
09.08.2021 , 19:31

“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, paytaxt təmsilçisi “Turan Tovuz”un yarımmüdafiəçisi Elmir Tağıyevi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
