“Səbail”dən yeni transfer
07.08.2021 , 21:30

“Səbail” heyətinə daha bir futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, paytaxt təmsilçisi “Qəbələ”dən ayrılan Yurgen Qocanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Albaniyalı mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.
29 yaşlı futbolçu “Səbail”də 34 nömrəli formanı geyinəcək.
“Səbail” buna qədər Məhəmməd Mirzəbəyov, Elşən Abdullayev, Cabir Əmirli və Cavid Tağıyevi heyətinə qatıb.
