“Səbail”dən yeni transfer
12.07.2023 , 19:56

2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” PFK heyətini daha bir futbolçu ilə gücləndirib.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı təmsilçisi son mövsümü Fransanın “Sedan” klubunda keçirmiş hücumçu Aleksandr Ramalinqomla 1 illik müqavilə imzalayıb.
Madaqaskar millisinin üzvü olan Aleksandr Ramalinqom karyerası ərzində “Marinyan”, “Balajn”, “Ayaçço”, “Marinyan Cinyak”, “Bezye” (Fransa) “Virton” (Belçika) klublarının uğurları üçün çalışıb. 30 yaşlı futbolçu Madaqaskar millisində 8 qarşılaşmada da meydana çıxıb
