“Səbail” dövrələrarası fasilədə növbəti transferini həyata keçirib
Paytaxt təmsilçisi “Neftçi”nin daha bir üzvünü heyətinə qatıb.
Söhbət yarımmüdafiəçi Aqşin Qurbanlıdan gedir. Premyer Liqanın debütantı Qurbanlını icarə əsasında deyil, birdəfəlik transferlə alıb. “Səbail” buna qədər “Neftçi”dən Rahil Məmmədovu transfer etmiş, Fəhmin Muradbəylini isə icarəyə götürmüşdü.
Qeyd edək ki, Aqşin Qurbanlı mövsümün əvvəlində “Neftçi”dən icarəyə götürülmüşdü.
