“Səbail”dən növbəti transfer
04.07.2023 , 19:16

Korner.az klubun saytına istinadən xəbər verir ki, “dənizçilər” yarımmüdafiəçi Yadin Luqasinin keçidini rəsmiləşdirib. 24 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
İsrailli futbolçu son olaraq ölkəsində “Kiryat Şimona”da çıxış edib.
“Səbail” bundan əvvəl müdafiəçi Nir Bardeanın keçidini açıqlayıb.
