Yeni mövsüm Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Səbail” transfer çalışmalarını davam etdirir.
Paytaxt təmsilçisi daha bir futbolçu ilə anlaşıb. “Aslanlar” türkmənistanlı Elman Taqayevin keçidini həll edib. Onunla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Elman Taqayev 2012/13 mövsümündə AZAL-da çıxış edib. 28 yaşlı yarımmüdafiəçi 2012-ci ildən Türkmənistan millisinə dəvət alır.
