“Səbail”dən Kipr klubuna
09.08.2019 , 18:11

“Səbail”dən ayrılan Bilal Həmdinin yeni klubu müəyyənləşib.
Korner.az xəbər verir ki, futbolçu Kiprin “Olimpiakos” klubuna keçib. Müqavilənin detalları açıqlanmayıb.
Xatırladaq ki, Bilal Həmdi “Zirə”dən “Səbail”ə keçmişdi. Klubda yaranan maliyə problemi səbəbindən futbolçu komandadan ayrılıb.
