“Səbail”dən Kipr klubuna
14.07.2024 , 18:21

“Səbail”dən ayrılan Silvayin Deslandesin yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, fransalı müdafiəçi bundan sonra Kiprdə çıxış edəcək.
27 yaşlı futbolçu “Omoniya 29 Maiou” klubuna keçib.
Bu barədə 1-ci liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
