“Səbail”dən ilk transfer
22.06.2021 , 18:25

“Səbail” mövsümün ilk transferini rəsmiləşdirib.
Korner.az xəbər verir ki, müdafiəçi Şəhriyar Rəhimov ilə 2 illik müqavilə bağlanıb. 32 yaşlı futbolçu 13 nömrəli formanı geyinəcək.
Şəhriyar Rəhimov 2018-2020-ci illərdə “dənizçilər”in heyətində çıxış edib. Sonuncu klubu “Zirə” (2020/2021) olan müdafiəçi bir illik fasilədən sonra yenidən “Səbail”in uğurları üçün çalışacaq.
