“Səbail”dən daha bir transfer – Rəsmi
07.01.2025 , 12:30
“Səbail” daha bir oyunçunun keçidini rəsmiləşdirib.
Korner.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.
“Dənizçilər” Mirabdulla Abbasovu heyətinə cəlb edib. 29 yaşlı hücumçu ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Abbasov 2019/20 və 2022/2023-cü illər mövsümündə də “Səbail”də çıxış edib.