“Səbail”dən ayrıldı, “Neftçi”yə qayıtdı
08.01.2022 , 11:12

“Səbail” daha bir futbolçusu ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, Bakı təmsilçisi müdafiəçi Elton Əlibəyli ilə vidalaşıb. Sözügedən komandada icarə əsasında çıxış edən Elton Əlibəyli müqavilə ilə məxsus olduğu “Neftçi”yə qayıdıb.
Elton 2021-ci ilin yayından “Səbail”də çıxış edirdi. O, bu mövsüm klubun heyətində cəmi 4 matça çıxıb.
