“Səbail”dən ayrıldı, İsrail klubuna keçdi
28.07.2024 , 15:34

“Səbail”dən ayrılan Aleksandr Ramalinqom karyerasını İsraildə davam etdirəcək.
Korner.az xəbər verir ki, 31 yaşlı hücumçu “Bney Saxnin”ə keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Madaqaskarlı futbolçu ilə 2025-ci ilin yayınadək müqavilə imzalanıb.
Qeyd edək ki, Aleksandr Ramalinqom ötən mövsüm “Səbail”də çıxış edib.
