“Səbail”dən ayrılan futbolçu Rumıniya klubunda
11.08.2020 , 16:14

“Səbail”dən ayrılan Eriko da Silvanın yeni klubu müəyyənləşib.
Korner.az xəbər verir ki, braziliyalı müdafiəçi bundan sonra karyerasını Rumıniyanın “Uta Arad” klubunda davam etdirəcək. 31 yaşlı futbolçu ilə imzalanan müqavilənin şərtləri açıqlanmayıb.
Eriko 2019-cu ilin yayında Rumıniyanın “Astra” klubundan “Səbail”ə keçmişdi.
