“Səbail”də yeni müqavilə
08.08.2021 , 14:07

“Səbail” futbolçusu Turan Manafovla müqaviləsini yeniləyib.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
22 yaşlı müdafiəçi ilə 1 illik yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Manafov 2019-cu ildən paytaxt təmsilçisində çıxış edir.
