Ölkə futbolu

“Səbail”də yeni müqavilə

23.06.2021 , 19:11

“Səbail” yarımmüdafiəçisi Rahid Əmirquliyev ilə müqavilənin müddətini artırıb.

Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, kapitanla imzalanmış anlaşmaya əsasən, 32 yaşlı futbolçu daha 1 il “dənizçilər”in formasını geyinəcək.

Qeyd edək ki, Rahid 2018-ci ildən “Səbail”də çıxış edir.

Son yazılar

Yuxarı