“Səbail”də yeni müqavilə
10.06.2022 , 15:28

“Səbail” futbolçusu Hüseynəli Quliyevlə müqaviləni yeniləyib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı qolkiperlə sözləşmənin müddəti 2024-cü ilin yayına qədər artırılıb.
Quliyev ötən mövsüm “dənizçilər”də 6 oyuna çıxıb.
