“Səbail”də yeni müqavilə
05.06.2022 , 15:14

“Səbail” daha bir futbolçu ilə müqavilənin müddətini uzadıb.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt klubu Tural Bayramlını komandada saxlayıb.
Yeni müqaviləyə əsasən, 24 yaşlı futbolçu növbəti iki mövsümü “dənizçilər”in heyətində keçirəcək.
