“Səbail”də yeni hücumçu
24.07.2018 , 15:24

“Səbail” heyətinə yeni futbolçu cəlb edib.
Bakı təmsilçisi Kevin Koubembanı transfer edib. Konqo millisinin 25 yaşlı hücumçusu ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, K.Koumbembanın son klubu Fransa üçüncü liqa təmsilçisi “Bur-an-Bress” olub.
