“Səbail”də yeni hücumçu – Rəsmi
14.01.2023 , 18:27

“Səbail” heyətini yeni hücumçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi son klubu “Pau” (Fransa) olan David Qomesi transfer edib.
Bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb. Qvineya-Bisau əsilli fransalı hücumçu ilə 1 illik müqavilə imzalanıb.
Qomis bu sezon Liqa 2-də 12 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
