“Səbail”də yeni futbolçu
19.02.2022 , 13:05

“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi yarımmüdafiəçi Tural Bayramlını heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Səbail” Bayramlı ilə müddəti mövsümün sonuna qədər olan müqavilə imzalayıb. Yarımmüdafiəçi “dənizçilər”də 39 nömrəli formanı geyinəcək.
24 yaşlı futbolçu son olaraq Yunanıstanın “Pierikos” klubunda çıxış edirdi.
