“Səbail”də yeni futbolçu
19.08.2022 , 00:18

“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, paytaxt klubu ukraynalı cinah müdafiəçisi Petro Stasyuku heyətinə qatıb. Bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb.
27 yaşlı futbolçu ilə 2022/23 mövsümünün sonunadək müqavilə imzalanıb.
Petro Satsyuk “Skala”, “Minay”, “Mariopol”, “Jemçujina” və “Balkani”də oynayıb. Ukraynalı futbolçunun sonuncu iş yeri Donetsk “Şaxtyor”u olub.
