“Səbail”də ukraynalı müdafiəçi – Rəsmi
08.07.2024 , 16:30

“Səbail” heyətini daha bir futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, “dənizçilər” son klubu Portuqaliya təmsilçisi “Lusitaniya” olan Dmitro Litvinlə 1 illik müqavilə bağlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı ukraynalı müdafiəçi “Səbail”də 3 nömrəli formada çıxış edəcək.
