“Səbail”də növbəti ayrılıq
31.05.2022 , 20:49

Daha bir futbolçu “Səbail”dən ayrılıb.
Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qapıçı Elxan Əhmədovun başa çatan müqaviləsi yenilənməyib.
Qeyd edək ki, “Səbail” daha əvvəl baş məşqçi Aftandil Hacıyev, Camal Araqo, Domantas Şimkus və Nikolas Raysellə yollarını ayırıb.
