“Səbail”də növbəti ayrılıq
31.05.2021 , 17:11

“Səbail” futbolçuları Florian Kadriu və Milovan Petroviklə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Hər iki legionerin başa çatan müqaviləsi yenilənməyib.
Qeyd edək ki, Petrovik 2020-ci ilin iyulundan, Kadriu isə avqustdan “Səbail”də çıxış edir.
