“Səbail”də itki
08.12.2023 , 14:49

“Səbail”in müdafiəçisi Süleyman Əhmədov əməliyyat olunub.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Premyer Liqanın son turunda “Araz-Naxçıvan”la oyundan (1:1) öncəki məşqlərin birində zədələnən Süleyman bu gün İstanbulda uğurlu əməliyyat keçirib.
Süleyman Əhmədovun 2 aydan sonra yaşıl meydanlara qayıdacağı gözlənilir.
