Amit Quluzadə “Səbail”dən ayrılır. Bu barədə futbolçu özü məlumat verib.
Onun sözlərinə görə, klubla qarşılıqlı razılıq əsasında yollaını ayıracaq: “Səbail”də istədiyim oyunu nümayiş etdirə bilmədim. Tez-tez zədə alırdım. Belə deyim, qan tutmadı. Getsəm, daha yaxşı olar. Samir müəllimlə söhbətimoldu. Sağ olsun, məni başa düşdü”.
Qeyd edək ki, Quluzadə yayda “Səbail”ə keçmişdi. Onun müqaviləsi mövsümün sonunda başa çatırdı. (Qol.az)
