“Səbail” baxışa yeni futbolçu dəvət edib. Premyer Liamızın debütantı gürcü futbolçu Nikolas Apakidzeni sınaqdan keçirir.
O, bu gün birinci divizion təmsilçisi “Sabah”a qarşı yoxlama oyununda da iştirak edib. 25 yaşlı müdafiəçi start heyətdə meydana çıxıb.
Qeyd edək ki, Apakidze Gürcüstanın “Baiya”, “Rustavi” , “Zuqdidi”, “Şukura”, Litvanın “Trakay” klublarında oynayıb.
