“Səbail”də daha bir müqavilə
05.06.2024 , 19:27

“Səbail” yeni mövsüm üçün hazırlıqlarını davam etdirir.
Korner.az xəbər verir ki, paytaxt təmsilçisi futbolçusu Rüfət Abdullazadə ilə 2 illik müqavilə imzalayıb. Bu bayədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı yarımmüdafiəçi komandanın heyətində ötən mövsüm Premyer Liqada 35 oyunda (2015 dəqiqə) meydana çıxıb, 6 qol vurub və 5 qol ötürməsi ilə yadda qalıb.
