“Səbail”də daha bir ayrılıq
04.01.2021 , 17:43

“Səbail” daha bir futbolçusu ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, paytaxt klubu yarımmüdafiəçisi Orxan Qurbanlı ilə vidalaşıb.
Orxan “Səbail”də Birinci Divizionda mübarizə apardığı dövrdən çıxış edirdi. O, bütövlükdə beş mövsüm idi paytaxt klubunun uğurları üçün çalışırdı.
