“Səbail”də braziliyalı müdafiəçi
27.06.2022 , 19:26

“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, “dənizçilər” braziliyalı müdafiəçi Qustavo Moreno de Françanı transfer edib. 25 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Qustavonun son klubu Portuqaliya “Leyşoynş”u olub.
