“Səbail”də ayrılıq
07.08.2019 , 19:06

“Səbail” futbolçusu Dilan Duventru ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, futbolçu ilə müqavilə vaxtından əvvəl qarşılıqlı razılıq əsasında ləğv edilib. Yarımmüdafiəçi azad agent statusu alıb.
Qeyd edək ki, futbolçu ötən mövsüm “Zirə”də çıxış edib.
