“Səbail”də ayrılıq
15.07.2021 , 16:59

“Səbail” daha bir futbolçusu ilə yolları ayırıb.
Korner.az klubun saytına istinadən xəbər verir ki, Hendrik Ekşteynlə başa çatan müqavilənin müddəti yenilənməyib.
Qeyd edək ki, 2019-cu ildən iki mövsüm “Səbail”in formasını geyinən yarımmüdafiəçi 29 oyunda meydana çıxıb, 3 qol vurub.
