“Səbail”də 2 yeni futbolçu
12.07.2024 , 23:31

“Səbail” heyətini daha 2 futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Paytaxt təmsilçisi gənc oyunçular – yarımmüdafiəçi Gülağa Əsədov və qapıçı Əlirza Müştəbəzadə ilə müqavilə imzalayıb.
Qeyd edək ki, “Səbail” daha əvvəl Fərid Nəbiyev, Nihat Quliyev, Vüsal Məsimov, Amir Bilali, Dmitri Litvin, Qorka Laruçça və Mert Çeliki sıralarına qatıb.
