“Səbail” “Zirə”yə, “Turan Tovuz” “Neftçi”yə məğlub oldu
10.05.2025 , 21:25

Azərbaycan Premyer Liqasında 34-cü turun oyunları davam edir.
Korner.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma keçirilib.
Günün ilk matçında “Səbail” “Zirə” ilə qarşılaşıb. Görüş qonaqların 1:0 hesablı ələbəsi ilə bitib.
Digər görüşdə isə “Neftçi” “Turan Tovuz”la üz-üzə gəlib. “Ağ-qaralar” bu matçdan qələbə ilə ayrılıb – 2:1.
Azərbaycan Premyer Liqası
34-cü tur
10 may
17:00 “Səbail” – “Zirə” – 0:1
Baş hakim: Tural Qurbanov
“ASCO Arena”
19:30 “Turan Tovuz” – “Neftçi” – 1:2
Baş hakim: Rəşad Əhmədov
Tovuz şəhər stadionu
