“Sumqayıt” və “Səbail”dən qələbə
12.02.2023 , 19:30

Bu gün Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulub.
Korner.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub.
Turnir cədvəlinin son sırasında yer alan “Səbail” doğma azarkeşləri önündə “Zirə”yə qalib gəlib -2:0.
Turun son matçı Sumqayıtda baş tutacaq. “Şamaxı” burada yerli komandanın qonağı olub və 0:1 hesabı ilə uduzub.
Azərbaycan Premyer Liqası
XXII tur
12 fevral (bazar)
“Səbail” – “Zirə” – 2:0
Qollar: David Qomis, 48, Mirabdulla Abbasov, 78
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Rəhman İmami, Səbuhi Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Asif Əliyev
“ASCO Arena”, 15:00
“Sumqayıt” – “Şamaxı” – 1:0
Qol: Kərim Abubakar, 24
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Eyyub İbrahimov, Rövşən Rəcəbov
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Seymur Səlimli
“Kapital Bank Arena”, 17:30
