“Kəpəz”dən qələbə
22.01.2024 , 19:31
Bu gün Azərbaycan Premyer Liqasında XIX turun növbəti oyunları keçirilib.
Korner.az xəbər verir ki, ikinci oyun günündə 2 matç baş tutub.
Günün ilk oyununda “Səbail” “Zirə”ni qəbul edib. Oyunda qalib müəyyənləşməyib – 0:0.
Digər matçda isə “Kəpəz” “Turan Tovuz”la qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.
Azərbaycan Premyer Liqası
XIX tur
22 yanvar
15:00 Səbail – Zirə – 0:0.
Baş hakim: Fərid Hacıyev
“ASCO Arena”
17:30 Kəpəz – Turan Tovuz – 2:1
Baş hakim: Əli Əliyev
Qəbələ şəhər stadionu