“Səbail” yenidən I Divizionda
15.06.2021 , 23:28

“Səbail-2” 1 illik fasilədən sonra I Divizionda fəaliyyətini bərpa edir.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Komandaya 2018-ci ildən “Səbail”in Futbol Akdademiyasında çalışan Ruslan Qafitulin baş məşqçi təyin olunub.
“Səbail-2″ I Divizionun 2017-2018 mövsümündə qızıl medal qazanıb. 2019/2020-ci ildə isə gümüş medalçısı olub.
Ruslan Qafitilinin rəhbərliyi altında klubun U-19 komandası 2018-2019-cu il mövsümündə bürünc medallar qazanıb.
