Ölkə futbolu

“Səbail” yeni transferini rəsmən açıqladı

21.01.2020 , 22:51

“Sabah”dan ayrılan Hendrik Ekşteynin yeni klubu müəyyənləşib.

Korner.az xəbər verir ki, yarımmüdafiəçi Premyer Liqa təmsilçisi “Səbail”ə keçib. Paytaxt təmsilçisi müqavilənin şərtlərini açıqlamayıb.

28 yaşlı cinah futbolçusu ötən ilin avqustundan dekabrına qədər “Sabah”da çıxış edib. O, bu mövsüm keçirdiyi 16 oyunda 3 qol vurub, 4 assist edib.

Son yazılar

Yuxarı