“Səbail” yeni baş məşqçisini açıqladı
26.05.2022 , 19:33

“Səbail”in Müşahidə Şurasının qərarı ilə sözügedən komandanı bundan sonra Mahmud Qurbanov çalışdıracaq.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssislə 2023/2024-cü illər mövsümünün sonunadək (2 il) müqavilə bağlanıb.
Qurbanov 2018-ci ildən “Neftçi”nin əvəzedici heyətinin baş məşqçisi vəzifəsində çalışırdı. O, 2020/21 mövsümündə bu komanda ilə I Divizionun qalibi olub.
