“Səbail” ukraynalı futbolçunu rəsmən transfer etdi
11.07.2018 , 18:31

“Səbail” növbəti transferini həyata keçirib.
Paytaxt klubu ukraynalı legioner İqor Korotetskini “rənglərinə bağlayıb”. Ötən mövsümün ikinci yarısını “Kəpəz”də keçirən 31 yaşlı mərkəz müdafiəçisiylə 2 illik müqavilə imzalanıb.
Korotetski “Səbail”in bu yay fasiləsi dönəmində ilk legioner transferidi. Aftandil Hacıyevin komandası bunadək yerli futbolçuları – Rahid Əmirquliyev, Ağabala Ramazanov (hər ikisi “Qarabağ”), Şəhriyar Rəhimov (“Kəpəz”), Vüqar Bəybalayev (“Sumqayıt”) və Ruslan Qurbanovu (“Qəbələ”) transfer edib, Fəhmin Muradbəylini (“Neftçi”) icarəyə götürüb.
