“Səbail” üçün yubiley turu
02.03.2020 , 13:07

“Səbail” Azərbaycan Premyer Liqasında yubiley – 75-ci oyununu keçirib.
Korner.az xəbər verir ki, bu, XIX turun “Neftçi” ilə səfər matçına təsadüf edib.
Hesabında 23 qələbə və 37 məğlubiyyət olan paytaxt təmsilçisi 15-ci heç-heçəsinə imza atıb – 1:1. 75-ci qarşılaşma ilklə də əlamətdar olub. Eriko da Silva klubun tarixinə çempionat oyununda avtoqol müəllifi olan ilk futbolçu kimi düşüb.
Premyer Liqada 3-cü mövsümünü keçirən komanda avtoqola üzülən 43-cü klub kimi tarixə düşüb.
