“Səbail” üçün yoxlama oyunu
23.07.2023 , 19:20

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan “Səbail” bu gün Bakıya qayıdır.
Korner.az xəbər verir ki, Şahin Diniyev komandasına iki günlük istirahət verəcək. İyulun 26-dan isə komanda çempionatın ilk oyununa hazırlaşacaq.
Hazırlıq çərçivəsində Premyer Liqanın ilk turuna qədər “dənizçilər” əvəzedici heyətlə də bir yoxlama oyunu keçirəcək.
“Səbail” Premyer Liqanın ilk turunda “Sumqayıt”ı qəbul edəcək. Qarşılaşma avqustun 4-də reallaşacaq.
