“Səbail” üçün iki yoxlama oyunu
05.07.2022 , 14:46

“Səbail” iki yoxlama oyunu keçirəcək.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Dənizçilər” Gürcüstandakı təlim-məşq toplanışından öncə “Kəpəz” və “Sabah”la qarşılaşacaq.
Mahmud Qurbanovun rəhbərlik etdiyi kollektiv iyulun 10-da “Kəpəz”lə, 14-də isə “Sabah”la üz-üzə gələcək.
