“Səbail” Türkiyədən qayıdır
17.07.2024 , 22:41

202/2025-ci illər mövsümünə hazırlığı davam etdirən “Səbail” Türkiyə toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyunu keçirib.
Korner.az xəbər ki, Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv Türkiyə 1-ci Liqa təmsilçisi “Ərzurumspor”la mübarizə aparıb. Oyun 2:2 hesabı ilə yekunlaşıb.
“Dənizçilər”in heyətində Süleyman Alluş və Nihad Quliyev fərqlənib.
Qeyd edək ki, “Səbail” sabah axşam saatlarında vətənə yola düşəcək.
