“Səbail” Türkiyədə
10.07.2023 , 17:57

2023/2024-cü illər mövsümünə hazırlığını davam etdirən “Səbail” təlim-məşq toplanışının ikinci hissəsi üçün Türkiyəyə yollanıb.
Korner.az xəbər verir ki, bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb.
Komanda Ərzurumda – “Polat Resort Palandöken Hotel”ində məskunlaşıb və bu gün axşam saatlarında ilk məşqinə çıxacaq.
“Səbail” burada “Ərzurumspor”, “Konyaspor” və “Sivasspor”la yoldaşlıq oyunları keçirəcək.
