“Səbail” “Turan Tovuz”la heç-heçə etdi
05.04.2025 , 18:56

Azərbaycan Premyer Liqasında 29-cu tura start verilir.
Korner.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.
Turun açılış oyununda “Səbail” “Turan Tovuz”u qəbul edib. Görüş 0:0 hesablı heç-heçə ilə bitib.
Turun digər görüşləri 6-7 aprel tarixlərində keçiriləcək.
Azərbaycan Premyer Liqası
5 aprel
“Səbail” – “Turan Tovuz” – 0:0.
Hakimlər: Rəşad Əhmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Kamran Əliyev
VAR: Kamal Umudlu
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Anar Şixəliyev
“ASCO Arena”, 17:00
