“Səbail” “Sürix”lə üz-üzə
19.01.2019 , 10:11

Mövsümün ikinci yarısına Antalyada hazırlaşan “Səbail” bu gün növbəti yoxlama oyununa çıxacaq.
Aftandil Hacıyevin komandası İsveçrənin “Sürix” klubu ilə qarşılaşacaq. Yüksək liqa təmsilçisi ilə oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, “Səbail” ilk sınaq matçında Macarıstanın “Aqvital” klubuna 3:2 hesabı ilə qalib gəlib.
19 yanvar
Yoxlama oyunu
17:00. “Səbail” (Azərbaycan) – “Sürix” (İsveçrə)
